Dünya

İstanbul polisi terrorçunun İstiqlal küçəsinə bomba qoymasına dair görüntüləri yayıb

Türkiyə polisi İstanbulun Bəyoğlu rayonunda İstiqlal küçəsində terror atkının icraçısının hərəkətini əks etdirən görüntüləri yayıb.

Müşahidə kameralarının məlumatlarına görə, noyabrın 13-də yerli vaxtla saat 15:17-də əslən Suriyadan olan Əlham Əlbashır Taksim meydanından İstiqlal küçəsinə keçir.

Terrorçu üzünü yaylıqla örtərək bel çantası və əlində paket ilə bir müddət meydanda gəzir.

Saat 15:30-da partlayışın baş verdiyi yerin yaxınlığında mağazanın qarşısındakı skamyada oturur. 41 dəqiqə skamyada oturur.

Saat 16:11-də terrorçu çantasını skamyaya qoyub tələsik Taksim meydanı istiqamətinə keçir.

Saat 16.14-də güclü partlayış baş verir və bu anda Əlbashır qaçır.

Bənzər yazılar

Back to top button