Hadisə

Tanınmış yəhudi vəkil AZAL-ı məhkəməyə verdi

Tanınmış vəkil Avraam Berman “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhimdar Cəmiyyətini məhkəməyə verib.

Qaynarinfo-nun məlumatına görə, vəkilin iddiası üzrə işə Nəsimi Rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə baxılacaq.

Avraam Berman Qaynarinfo-ya açıqlamasında AZAL-ı məhkəməyə verməsinin səbəbini açıqlamasa da, pozulmuş hüququnu bərpa etməyə çalışdığını bildirib.

Qeyd edək ki, yəhudi əsilli Avraam Berman Bakı Apellyasiya Məhkəməsində cinayət işlər üzrə məsul katibi, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində də çalışıb.

Bənzər yazılar

Back to top button