İdman

Ronaldodan DÇ-2022 öncəsi xüsusi pəhriz

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022 öncəsi xüsusi pəhriz saxlayır.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, futbolçunun qida rasionunun əsasını toyuq, bəzi tərəvəzlər, balıq, yumurta, bitki yağları və təbii qidalar təşkil edir.

“Pəhrizdə bahalı qidalar yoxdur. Mən mal əti, yumurta, avokado, kokos yağı və qara düyü kimi üzvi və təbii məhsullardan istifadə edirəm. Əlbəttə ki, hər şey ağır məşqlə birləşdirilir. Amma istirahət idman və qidalanma qədər vacibdir. Şam yeməyi tez verilməlidir” – deyə ən yaxşı oyunçularla işləmək üzrə ixtisaslaşmış aşpaz Giorgio Barone bildirib.

Xatırladaq ki, Portuqaliya DÇ-2022-də Qana, Cənubi Koreya və Uruqvay milliləri ilə eyni qrupda mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button