İdman

“Messiyə dedim ki, səni məğlub edib dünya çempionu olacağam”

PSJ-nin braziliyalı hücumçusu Neymar komanda yoldaşları Lionel Messi və Kilian Mbappe ilə qarşıdan gələn dünya çempionatını müzakirə edib-etmədiyi barədə danışıb.

Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, Braziliya millisinin üzvü deyib:

“Aydındır ki, hamının dünya çempionatına böyük ümidləri var. Hər kəs narahat deyil, həyəcanlıdır. Hamı turnirdə oynamaq istəyir. Messi və Mbappe ilə dünya çempionatı haqqında çox danışmadıq, amma bəzən zarafatlaşırdıq ki, finala qədər yollarımız bir-birimizlə kəsişə bilər. Messiyə dedim ki, səni məğlub edib dünya çempionu olacağam,. Bundan sonra hamımız birlikdə güldük”.

Xatırladaq ki, DÇ-2022 20 noyabr – 18 dekabr aralığında keçiriləcək.

Bənzər yazılar

Back to top button