İdman

Dünya Çempionatının ən bahalı yığmalarının adı açıqlandı

İngiltərə milli futbol komandası Qətərdə keçiriləcək 2022 Dünya Çempionatının ən bahalı komandası olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə CIES məlumat yayıb.

Qaret Sautqeytin komandasının dəyəri 1,499 milyard avro məbləğində qiymətləndirilir ki, bu da turnirdə ən yüksək göstəricidir.

Reytinqdə ikinci yerdə Braziliya millisi (1,455 milyard avro), üçüncü yerdə Fransa millisi (1,337 milyard avro) qərarlaşıb.

2022 Dünya Çempionatının ən bahalı 10 komandası

1. İngiltərə (1,499 milyard avro)

2. Braziliya (1,455 milyard avro)

3. Fransa (1,337 milyard avro)

4. İspaniya (1,201 milyard avro)

5. Portuqaliya (1,154 milyard avro)

6. Almaniya (1,020 milyard avro)

7. Niderland (0,756 milyard avro)

8. Argentina (0,748 milyard avro)

9. Uruqvay (0,590 milyard avro)

10. Belçika (0,562 milyard avro)

2022-ci il Dünya Çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Oyunlara beş şəhərdə səkkiz stadion ev sahibliyi edəcək.

Bənzər yazılar

Back to top button