Cəmiyyət

Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayı artır

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin, habelə baxılması gözlənilən ərizələrin sayı artır. Bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının Monitorinq Qrupunun rəhbəri, hüquqşünas Xalid Ağaliyev bildirib.

AİHM-nin statistik məlumatlarına əsasən, bu gün Azərbaycandan 2200 ərizəyə baxılması gözlənilir. Bu, əvvəlki illərdə olduğundan çoxdur.

Belə ki, 2021-ci ilin sonlarında Azərbaycandan 2092, 2020-ci ilin sonlarında 2040, 2019-cu ilin sonlarında isə 1950 ərizəyə baxılması gözlənilirdi.

Bu göstəriciyə görə Azərbaycan Avropa Şurası ölkələri arasında 8-ci yeri tutur.

Ümumilikdə bütün Avropa üzrə AİHM-yə müraciətlərin sayı artır.

Vətəndaşlar ən çox ədalətli məhkəmə təhqiqatı hüququnun pozulmasından şikayət edirlər.

Daha sonra şəxsi toxunulmazlıq azadlığı hüququnun pozulmasından, xüsusən də əsassız həbslərdən şikayətlər gəlir.

Bu il fevralın əvvəllərində Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov KİV-ə bildirib ki, son 20 ildə AİHM Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button