Siyasət

“Vaşinqtonda sülh müqaviləsinin mətnini Azərbaycan tərəfinə verdik”

“Rusiyanın təkliflərinin məqbul olduğunu nəzərə alaraq, Ermənistanın siyasi meydanında Qarabağ məsələsində praktiki olaraq razılıq mövcuddur”.

Yeniavaz.com xəbər verir ki, bunu ötən gün parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Azərbaycanla sülh müqaviləsi məsələsinə də toxunub:

“Vaşinqtonda biz sülh müqaviləsinin mətnini Azərbaycan tərəfinə verdik. Sülh müqaviləsinə gəlincə, iki yanaşma var – təfərrüatlı və konkret olmayan çərçivə sazişi. Qarabağda yaşayan ermənilərlə Azərbaycan nümayəndələri arasında onların hüquqlarının və təhlükəsizliyinin beynəlxalq səviyyədə görünən müzakirəsi başlamalıdır”.

Bənzər yazılar

Back to top button