İqtisadiyyat

Elman Rüstəmov: “Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək”

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.

APA-nın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. manat vəsait köçürüb və 2021-ci ildə bu vəsait 256 mln. köçürməyə planlanılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin “Tekfen Holding” şirkəti tərəfində inşa ediləcək.

Bənzər yazılar

Back to top button