AnalitikaManşetSiyasət

Ermənistan-Azərbaycan münaqişəsində Fransa intriqaları

Fransa Senatının Azərbaycana qarşı Ermənistanın işğal ledilmiş ərazilərini (?) dərhal azad etmək tələbi, Azərbaycan rəhbərlərinin əmlakını müsadirə etmək, neft və qaz tədarükünə embarqo tətbiq etmək, Dağlıq Qarabağın müstəqilliyini tanımaq təklifi irəli sürülən 15 noyabr tarixli tövsiyə xarakterli Qətnaməsi uzun illər davam edən qeyri-müntəzəm Azərbaycan-Fransa münasibətlərinin kəskinliyini üzə çıxarıb.

Paris bir tərəfdən Cənubi Qafqazda sakitliyi bərqərar etmək ideyasını təbliğ edir, Qarabağla bağlı ATƏT-in Minsk Qrupunun qərəzsiz həmsədri rolunda çıxış edir, Qafqaz ölkələrində demokratiyanın bərqərar olmasının mühüm elementi kimi Avropa dəyərlərinə əsaslanır, digər tərəfdən isə ermənilərə qarşı açıq rəğbətini gizlətmir, bu da əsaslı olaraq Bakının gözündə onun balanslaşdırılmış tərəfdaş obrazını şübhə altına qoyur.

Bu, Fransa Senatının Azərbaycan əleyhinə ilk qətnaməsi deyil. Düz iki il əvvəl 10 gün fərqlə – 2020-ci il noyabrın 25-də Fransa Senatı hakimiyyətə Dağlıq Qarbağı diplomatik cəhətdən tanımağı tövsiyə edən qətnamənin lehinə səs verib. Bu, işğalçı qüvvələrini tamamilə darmadağın edilməkdən növbəti dəfə ermənilərə kömək üçün öz qoşunlarını göndərən Rusiyanın müdaxiləsi xilas edən Ermənistanın kapitulyasiyasından 15 gün sonra baş verib.

Keçən dəfə Senatda “lehinə” səs verənlərin sayı daha çox idi – hazırki 295-ə qarşı 297 nəfər və hər iki halda bir nəfər bitərəf qalıb. Amma iki qətnaməni daha çox fərqləndirən odur ki, 2020-ci il sənədində Türkiyəyə qarşı ciddi ittihamlar irəli sürülürdü, Bakı və Ankaranın əməkdaşlığı vurğulanırdı və hər ikisini cəzalandırmaq çağırışı yer alırdı. Bu dəfə senatorlar Türkiyədən yan keçiblər, bu da, çox güman ki, Rusiya-Ukrayna müharibəsində Ankaranın üstün vasitəçilik rolu ilə bağlıdır, bu gün bu, Avropa təhlükəsizliyinin koordinatları sistemində bir nömrəli məsələdir.

Yəni, deyə bilərik ki, Azərbaycanla bağlı qətnamədə ifadə olunan emosiyalar məsuliyyətsiz hərəkətlər deyil, “buğdanı samandan ayırırıq” tərzində tarazlaşdırılmış və düşünülmüş xarakter daşıyır. Qlobal Avropa böhranı şəraitində Türkiyəyə qarşı çıxmaq Fransanın özünün nüfuzunu zərbə altına qoymaq olardı ki, Fransa qanunvericiləri, çox güman ki, bunu özləri üçün intihar hesab ediblər.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra keçən iki ilin təcrübəsi bizə Fransanın Qafqaz siyasətinin qüvvələrin balansını qoruyub saxlamaq məqsədi daşıyan təmkinlilik elementləri ehtiva etdiyini deməyə imkan verir. Bu halda Paris 2020-ci ildə ruhdan düşmüş Ermənistanının tamamilə məğlub olması təhlükəsi zamanı olduğu kimi strateji təşəbbüsü əlində sasxlayan və Ermənistanın iki ildir yerinə yetirməkdən qaçdığı sülh müqaviləsinin (10 noyabr 2020-ci il Bəyanatı) şərtlərini həyata keçirməsini güclə təmin etməyə hazır olan Azərbaycana mane olmağa çalışır.

Senatın 2020-ci il qətnaməsi prezident Makron başda olmaqla, Fransa icra hakimiyyətinin xarici siyasətində davamını tapmayıb. Makron parlamentin yuxarı palatasının mənəvi qərarından istiqamətini itirən erməni icmasının etimadını qoruyub saxlamaq üçün istifadə edib. O, buna müəyyən dərəcədə müvəffəq olub. Prezident Əliyevin Ermənistanı sülhə məcbur etmək üçün həyata keçirdiyi hər lokal hərbi əməliyyatdan sonra Azərbaycana qarşı nalayiq hesab olunacaq dərəcədə kəskin hücumlara baxmayaraq, Fransa prezidenti danışıqlar prosesində, xüsusən, sülhə doğru Azərbaycanlıları tamamilə qane edən daha bir addımla başa çatan Əliyev və Paşinyanın 6 oktyabr tarixli Praga görüşündə ermənilərin etibarlı nümayəndəsi kimi çıxış edib.

Makronun noyabrın 12-də, Senatdakı bədnam addımdan üç gün əvvəl Əliyevə etdiyi telefon zəngi bu fikri təsdiq edir. O, söhbət zamanı noyabrın 19-da Tunisdə Frankofoniya təşkilatının 18-ci sammitində Paşinyanla nəzərdə tuturan görüşü haqqında danışıb və Əliyevin Paris razılaşmalarına sədaqətini yoxlayıb.

Azərbaycanlı həmkarı Parisin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində neytral, qərəzsiz və tarazlaşdırılmış yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. Əliyev Ermənistanın son günlər səsləndirdiyi, iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinə zidd olan bəyanatları Makronun diqqətinə çatdırıb.

Öz növbəsində, Yelisey Sarayının məlumatında qeyd edilir ki, Makron “Paris sammitində qəbul edilən qərara əsasən Azərbaycanla sərhəd boyunca yerləşdirilən Avropa İttifaqının mülki missiyasının sabitləşdirici təsirini” alqışlayıb.

Makron Fransanın “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə və regionda möhkəm əsaslarla sülhü bərqərar etməyə imkan verəcək siyasi həllə nail olmağa” tam hazır olduğunu təsdiq edib.

Beləliklə, qeyd edə bilərik ki, Fransanın xarici siyasət mətbəxi Ermənistan-Azərbaycan münasibətlərində öz ənənəsinə sadiq qalır və sülhyaratma hazırlıqları zamanı inqredientlər balansını pozmayacaq. Bu nəticəni gücləndirmək üçün Bakı və Paris arasında yeni səfirlərin təyin edilməsi faktını əlavə etmək olar, onların təsdiq edilməsi prosesi bir neçə ay təxirə salınmışdır.

Mehman Əliyev

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button