Hadisə
Azərbaycan Ordusunun mayoru vəfat etdi
Azərbaycan Ordusunun hərbi qulluqçusu Paşayev Elşad Şirağa oğlu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin!