Cəmiyyət

Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? – Rəsmi açıqlama

Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O bildirib ki, istilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu yalnız qeyri əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

Noyabrın 1-dən isə istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq.

Həmin rayonlar aşağıdakılardır:

1.Daşkəsən
2.Gədəbəy
3.Xaçmaz
4.Kəlbəcər
5.Qəbələ
6.Quba
7.Qusar
8.Laçın
9.Lerik
10.Şamaxı
11.Siyəzən
12.Şabran
13.Şuşa
14.Yardımlı

E. Basqallı qeyd edib ki, bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.

Qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib.

Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qayadaları təsdiqlənib.

Bənzər yazılar

Back to top button