İdman

“DÇ-2022 sonuncu beynəlxalq turnirim ola bilər”

Fransa millisinin futbolçusu Olivye Jiru mundial üçün yığmaya çağırılması, komandadakı rolu, həmçinin qarşıdan gələn DÇ-2022 barədə təəssüratlarını bölüşüb.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin onun üçün sonuncu beynəlxalq turnir ola biləcəyini deyib:

“Burada olduğum üçün çox xoşbəxtəm, bu, böyük qürurdur. Baş məşqçi Didye Deşam artıq mənim rolumla bağlı qərar verib. Lazım olan kimi komandaya öz töhfəmi verməyə çalışacağam. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Klubumda və Fransa yığmasında özümü rahat hiss edirəm. Bu, mənim üçün sıx qrafiki olan bir dövrdür. 36 yaşında belə hiss etmək bir hədiyyədir.

Bu, mənim altıncı böyük turnirimdir. Mövsümün ortasında dünya çempionatının keçirilməsi unikaldır, lakin biz hamımız eyni gəmidəyik. Sanki daxili çempionatlarımıza davam edirik. Bütün futbolçular hazırdır, yaxşı formadadırlar.Diqqətli olmaq lazımdır və Fransa komandasının heyəti buna son dərəcə ciddi yanaşır.

Özümə heç bir məhdudiyyət qoymuram. Qətərdəki dünya çempionatı mənim sonuncu beynəlxalq yarış ola bilər. Amma heç nə açıqlamaq istəmirəm, turnirdən sonra görəcəyik. Mənim ən yüksək səviyyədə qalmaq üçün motivasiyam dəyişməz olaraq qalır”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button