Hadisə

BDU rektorunun deputat qardaşı vəfat etdi

Coğrafiyaçı alim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli 69 yaşında vəfat edib.

Yeniavaz.com “Nuhçıxan”a istinadla xəbər verir ki, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı.

N. Bababəyli, həmçinin Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi.

3 övlad atası olan Nazim Bababəyli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Babayevin qardaşıdır.

Bənzər yazılar

Back to top button