İdman

“Ronaldonun yeri görünür” – Marselo

“Düzgün yoldayıq. Əminəm ki, oyundan-oyuna inkişaf edəcəyik. Yaşı oynadıq və 3 xal qazandıq”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın müdafiəçisi Marselo deyib. La Liqanın 2-ci turunda səfərdə “Jirona” üzərində 4:1 hesabı ilə qələbə qazandıqları oyundan danışan braziliyalı futbolçu ikinci hissədə Rafael Varanla əvəzlənməsinə münasibət bildirib:

“Açığı, əvəzetməyə görə təəccübləndim. Amma baş məşqçinin qərarına hörmət edirəm. Oynamaq istəyirdim, çünki özümü yaxşı, 100 faiz hazır hiss edirəm”.

Marselona bu yay “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldodan söz açıb: “Əlbəttə, onun yeri görünür. Çünki Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Amma Beyl və Benzema da yaxşı oyunçulardır”.

Bənzər yazılar

Back to top button