AnalitikaDünyaManşet

Çindəki çevriliş cəhdi… – Lin Byao və Mao qarşıdurması…

1971-ci ilin sentyabrında Çin Xalq Respublikasının müdafiə naziri, Mao Tszedunun qanuni varisi marşal Lin Byao Çində yoxa çıxdı. Yalnız iki ildən sonra, Çin Kommunist Partiyasının 10-cu Konqresində onun qəfil yoxa çıxmasının ilk rəsmi izahatı ortaya çıxdı. 14 sentyabr 1971-ci ildə Pekin vaxtı ilə saat 14:00-da Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Çjou Enlaya təcili mesaj göndərildi. Çinin Monqolustandakı o vaxtkı səfiri Xu Venyinin göndərdiyi şifrələli xəbərdən aydın olur ki, sentyabrın 13-nə keçən gecə 256 saylı Trident təyyarəsi Monqolustanın Underkxan şəhəri yaxınlığında qəzaya uğrayıb və bütün doqquz sərnişin – səkkiz kişi və bir qadın həlak olub…

1971-ci il idi, yəni Mədəni İnqilabın başlanmasından artıq beş il keçmişdi. Bu beşillik müddət ərzində Mao Zedun Lin Biao və başqalarının çox ciddi köməyi ilə faktiki olaraq bütün əsas siyasi rəqiblərini sıradan çıxara bildi. Zamanla Lin Byaonun orduda nüfuzu güclənməyə başlamışdı. Mao ən yaxın varisinin getdikcə ən böyük rəqibinə çevrildiyini hiss edirdi. Mən Çjou Enlayın 10-cu Konqresdə Lin Byaonun işindən bəhs edən məruzəsindən sitat gətirmək istərdim. Çjou deyir: “Lin Byao 1971-ci ilin martında ” əksinqilabi silahlı çevriliş planı hazırlayırdı, sonra isə 8 sentyabrda çevriliş təşkil edərək, Mao Tszedunun həyatına qəsd etməyə cəhd etdi. Sentyabrın 13-də sui-qəsd uğursuzluğa düçar olduqdan sonra o, partiyaya və vətənə xəyanət edərək sovet revizionistlərinin tərəfinə keçmək üçün qanunsuz olaraq təyyarəyə minərək havaya qalxdı. Lakin Monqolustan ərazisində “qəzaya” uğradı…
Çinin inkişaf yolları ilə bağlı Lin Byao və Mao Tszedunun maraqları və planları toqquşurdu. Lin Byao, hər şeydən əvvəl, daxili siyasət sahəsində Mao kimi düşünmürdü. Moskva isə bu iki liderin fikir ayrılıqlarından maksimum yararlanmağa çalışırdı. Qeyd edim ki Lin Byao uzun müddət Kremlin nəzarətində olan xəstəxanada müalicə alırdı və Sovet hərbi və siyasi dairələrində olduqca nüfuzlu şəxs idi.

Ekspertlərin fikrincə, əsas çevriliş planın üç üsulu hazırlanmışdı: 1) Maonu öldürmək. 2)Mao Tszedunun ziyarət etdiyi neft anbarının partlaması 3) Maonun qatarının bombalanması və ya Nankin və Şanxay arasındakı ərazidə qatarın partlaması. Hətta Lin Byao suiqəsd planına Çin ordusunun xüsusi təyinatlı qüvvələrini hazırlamaq üçün SSRİ GRU-nun mütəxəssislərini cəlb etmişdi……
O vaxta qədər həm çinli ekspertlər, həm də sovet mütəxəssislərinin iştirakı ilə nüfuzlu Monqolustan komissiyası qəzanın səbəbinə bir ipucu axtarırdılar. Cəsədlərə ciddi ziyan dəysə də, müstəntiqlər yekdilliklə bildiriblər ki, təyyarə qəzaya uğramazdan əvvəl bütün sərnişinlər və pilotlar sağ olublar. Marşalın sirli ölümündən sonra nə Moskvada, nə də Pekində uğursuz çevriliş cəhdi barədə heç danışmadılar. Uğursuz çevrilişdən bir il sonra Mao Pekində ABŞ prezidenti Niksonla görüşdü. Sovet İttifaqı nəhayət Uzaq Şərqdəki güclü müttəfiqini itirdi…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button