CəmiyyətGündəm

“Qırmızı kitab”a düşən ağacları kəsib feyxoa bağını genişləndirmək istəyirlər” – Video

“Gördüyünüz ağacların hamısı palıd ağaclarıdır. Onların içərisində adı “Qırmızı kitab”a düşən şabalıdyarpaq palıd var. Bu ağacları kəsib feyxoa bağını genişləndirmək istəyirlər”.

Bu sözləri “Meydan TV”yə “Ecofront” təşkilatının üzvü Kənan Xəlilzadə deyib. O bildirib ki, insanların 5 ildən çoxdur ki, bu məsələ ilə bağlı narahatlıqları var. Bu ərazinin yenidən meşə olmasını istəyirlər. Burada aqrobağ istəmirlər.

“Neçə müddətdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə baxmır. Gözünü yumub, səsini çıxarmır. Bax gəlmişik bura, Ekologiya Nazirliyinin bir nəfər işçisi yoxdur, gəlib desin ki, siz düz demirsiniz. Çünki haqları çatmır”, -deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button