Dünya

Dünyanın diqqəti Ağ Evə yönəldi: Trampla Ərdoğanın görüşü gözlənilir

Bu gün – noyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə Ərdoğan Vaşinqtona səfər edəndə, yəni 2016-cı ildə onun mühafizəsinin üzvləri Türkiyə səfirinin iqamətgahı yaxınlığında kürd etirazçıların səs-küy salmasından sonra yaşanan olayları nəzərə alan ABŞ hökuməti bu dəfə Ərdoğanın iqamətgahı qarşısında tam təhlükəsizlik tədbirləri görüb.

Budəfəki səfər NATO-nun iki müttəfiqi arasındakı gərginliyin ən yüksək səviyyəyə çatdığı dönəmlərdən birinə düşür.

“ABŞ-a səfərim zamanı rəsmi şəxslərlə terrorizmlə mübarizə, hərbi və müdafiə sənayesində əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək”, – Ərdoğan noyabrın 11-də səfərdən öncə hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə prezidentinin sözlərinə görə, ABŞ-da FETÖ ilə mübarizə haqda da danışıqlar aparılacaq.

Ərdoğan ilk olaraq Trampla məhdud tərkibdə görüşəcək, daha sonra nümayəndə heyətlərinin görüşü keçiriləcək, bundan sonra isə birgə mətbuat konfransı baş tutacaq.

Bənzər yazılar

Back to top button