Hadisə

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub

Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə Turana A.Əsədlinin özü məlumat verib.

Partiya rəhbərininsözlərinə görə, bu gün Ankaraya səfəri var idi lakin onun ölkədən çıxışına qanunsuz olaraq Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. “Hal-hazırda Heydər Eliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb. Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Turana bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir. “Belə ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib”.

DİN-dən qeyd olunub ki, hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. “A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

Anar Əsədli isə öz növbəsində bu ittihamları qəbul etmədiyini bildirib. “Pulu mənimsəmişəmsə cinayət işi və məhkəmə qərarı hanı? Bu, siyasi sifarişdir və bizim fəaliyyətimizlə bağlıdır”.

Oktyabrın sonunda Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Partiyanın mətbuat xidmətinin yaydığı məlumatına görə, buna səbəb A.Əsədli barəsində edilən şikayət göstərilib.-

Bənzər yazılar

Back to top button