İdman

“Neftçi”dən Dabonun “Qarabağ” formasında paylaşımı haqda açıqlama

“Dabonun paylaşımla bağlı dedikləri budur ki, “Qarabağ”la oyunlarda dəyişdiyi formadı. Onu evdə geyinib və həyat yoldaşı bunu sosial şəbəkədə paylaşıb. Baqalinin məsələylə bağlı açıqlaması budu”. Bu fikirləri Sport24.az-a açıqlamasında “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

Məlumdur ki, “ağ-qaralar”ın fransalı hücumçusu Baqali Dabo “Qarabağ”ın formasını geyinib və bu fotonu həyat yoldaşı Tuğba “İnstagram” hesabında paylaşıb. Allahverdiyev hal-hazırda bu məsələylə bağlı hüquqi müstəvidə prosesin getdiyini, klubun hüquqşünasının futbolçuyla danışdığını diqqətimizə çatdırdı: “Hüquqi çərçivəsində müvafiq addımlar atılacaq. Bununla bağlı nə qərar veriləcəksə, ictimaiyyətə məlumat veriləcək. Təbii ki, Baqalinin elədiyi etik hərəkət deyil. Və buna görə o, ən ağır şəkildə cəzasını alacaq”.

Xatırladaq ki, “Neftçi” ilə müqaviləsi bu ayın sonu başa çatacaq 32 yaşlı Dabonun Kiprin “Apollon” klubuyla anlaşma imzalayacağı haqda xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button