Dünya

Tehran yaxınlığında Xomeyninin Ev Muzeyi yandırılıb (Video)

Ötən gecə etirazçılar İran İslam inqilabının banisi İmam Xomeyninin Tehran yaxınlığındakı ev-muzeyini yandırıblar. Binaya nə qədər ziyan dəydiyi məlum deyil.

İranda artıq üçüncü aydır ki, hökumət əleyhinə nümayişlər dayanmır. Etirazçılarla polis arasında toqquşmalar zamanı yüzlərlə insan həlak olub. Son günlər öldürülənlər arasında doqquz yaşlı uşaq da var. İranda hicab taxma qaydalarını pozduğu iddiası ilə polis tərəfindən saxlanılan qadının ölümündən sonra qəzəb dalğası səngimir.

Kütləvi nümayişlərə son qoymaq üçün hakimiyyət artıq bir neçə nümayişçini ölüm cəzasına məhkum edib. Hakimiyyət orqanlarının 1500 etirazçını həbs etdiyi bildirilir.

Bənzər yazılar

Back to top button