İdman

“Ronaldo əvvəlki kimi oynamır, Braziliya dünya çempionu olmalıdır”

Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silva milli komandalarının DÇ-2022-ni qazanmalı olduğunu düşünür.

Qol.az xəbər verir ki, o, bu barədə öz Tvitter hesabında məlumat yayıb. O bildirib:

“20 ildən sonra məncə, Braziliyanın yenidən dünya çempionu olmasının vaxtı çatıb. Digər komandalar o qədər də yaxşı durumda deyil. Kriştiano Ronaldo əvvəlki kimi oynamır. Buna görə də qalib gəlməyə ümid edirəm”.

Qeyd edək ki, DÇ-2022 sabah Qətərdə start götürəcək və dekabrın 18-dək davam edəcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla eyni qrupda çıxış edəcək.

Bənzər yazılar

Back to top button