GündəmManşet

İlham Əliyevlə Ərdoğan Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AzToday.az xəbər verir ki, dövlət başçıları Heydər Əliyevin məzarı önünə əklillər qoyublar.

Daha sonra prezidentlər Şəhidlər xiyabanını ziyarət edib. Dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar və şəhidlərin ruhuna dualar oxuyublar.

İlham Əliyevlə Ərdoğan birlikdə Türk Şəhidliyini ziyarət edib. Dövlət başçıları türk şəhidlərinin şərəfinə ucaldılan abidənin önünə əklil qoyublar və şəhidlərin ruhuna dualar oxuyublar.

Bənzər yazılar

Back to top button