Dünya

İran İraqa raket zərbəsi endirib

İranın silahlı qüvvələri İraq Kürdüstanına raket zərbəsi endirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumun hədəfi İranda hökumət əleyhinə etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahları olub.

“Shafaq News” portalının məlumatına görə , İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Bir neçə nəfər atışmanın qurbanı olub.

ABŞ-ın Ərbildəki konsulluğunda hava hücumu sirenlərinin səsləndiyi bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button