İqtisadiyyat

Paytaxtın aparıcı daşıyıcı şirkəti borc içində “batır” – Təfərrüat

“SOCAR Petroleum” QSC paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia bu gün – 21.11.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraaatına verilib.

Məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “SOCAR Petroleum” QSC Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bağlıdır və ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Nizamnamə kapitalı 83,7 milyon manat olan “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib.

Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə də 398 min 811 manat 84 qəpik vergi borcu da var.

Bundan başqa daha əvvəl Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC (“Nar mobile”), “Grand Motors” MMC və Əmlak Məsələləri Dövlət Xidməti də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.

Bənzər yazılar

Back to top button