Cəmiyyət

Abşeronun şimal sahilində çimərliklər plastiklə zibillənib

Dünən Abşeronun Fatmayı və Goradil çimərliklərində plastik qranul tullantıları müşahidə olunub, bu barədə “Ekofront” ictimai təşkilatı məlumat yayıb.

Ekoloqların fikrincə, bu plastik suda üzən quşlar və dəniz faunası üçün təhlükəlidir.

“Plastik sahildən mümkün qədər tez təmizlənməlidir, onun mənbəyi isə tapılmalı və aradan qaldırılmalıdır”, deyə “Ekofront” Ekologiya Nazirliyinə və DİN-ə müraciətində bildirir.

Qeyd edək ki, plastik qranulları ilkin neft emalının məhsuludur, plastmas məmulatların istehsalında onlardan istifadə olunur. Çox güman ki, bu tullantılar sahilə Sumqayıtdan gəlib, burada neft-kimya sənayesi müəssisələri onu istehsal edir.

Bənzər yazılar

Back to top button