Dünya

Moskva İrandan raket alsa, İsrail Ukraynaya yüksək dəqiqlikli raketlər təqdim edəcək

İsrailin Milli Təhlükəsizlik Qərargahın rəhbəri Eyal Xulata Rusiyaya İrandan ballistik raket almaması üçün xəbərdarlıq edib. O bildirib ki, bu baş versə, İsrail Ukraynaya yüksək dəqiqlikli raket tədarükünə başlayacaq, xəbəri İsrailin ictimai telakanalı – “Kan” yayıb.

Telekanal məlumatlı diplomatik mənbəyə istinadla həmçinin bildirib ki, İsrail XİN İran dronlarının alınması ilə əlaqədar Rusiyaya etirazını bildirib. Etiraz notası İsrailin Moskvadakı səfiri tərəfindən RF xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edilib.

Dünən The Washington Post qəzeti Rusiya və İran arasında Tehranın Rusiya ərazisində öz döyüş PUA-larının istehsalını təşkil etməyə razılığı haqqında yeni razılaşma əldə edildiyi barədə məlumat yayıb. (Turan)

Bənzər yazılar

Back to top button