İdman

“Messini mat etmək istərdim” – Ronaldo

“Mançester Yunayted”in və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo PSJ-nin və Argentina millisinin oyunçusu Lionel Messi ilə “Louis Vuitton” brendinin reklam kampaniyasına birgə çəkildikləri foto barədə danışıb.

Qol.az xəbər verir ki, futbolçular ilk dəfə birgə reklamda iştirak ediblər. Onlar şahmat taxtasının ətrafında rəqib kimi əyləşiblər.

Ronaldo isə öz açıqlamasında Messini məğlub etmək istədiyini deyib: “Mən istər şahmatda, istərsə də futbolda Messini mat etmək istərdim. Bu, sehrli olardı. Dünya çempionatında qalib gəlsəm də, onunla hansımızın daha yaxşı olması ilə bağlı mübahisə davam edəcək. Bəziləri məni daha çox, bəziləri isə daha az bəyənirlər. Bu, həyatda da belədir. Bəziləri sarışınları, bəziləri qaraşınları sevir. Dünya Kuboku hər şeyi göstərmək üçün vitrin olacaq. Ancaq artıq karyeramda bir dənə də olsun turnir qazanmasam, bütün nailiyyətlərimi nəzərə alaraq yenə də xoşbəxt olacağam”.

Qeyd edək ki, Messi Argentina yığmasının heyətində DÇ-2022-də Səudiyyə Ərəbistanı, Meksika və Polşa iilə mübarizə aparacaq. Ronaldo isə Portuqaliya ilə Qana, Uruqvay və Cənubi Koreyaya qarşı yarışacaq. Dünən Qətərdə başlayan dünya çempionatı hər iki hücumçu üçün sonuncu ola bilər. Turnir dekabrın 18-də yekunlaşacaq.

Bənzər yazılar

Back to top button