CəmiyyətMədəniyyətÖnə çıxanlar

“Murdarçılıq elə dərəcədədir ki, efirdə sekslə məşğul olmurlarsa, hələ böyük şeydir…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənni Afaq Aslana efirdə evlilik təklif edən və guya sonradan ürəyi gedən gəncin hərəkətini sərt qınayıb. Ş.Əbdül Moderator.az-a açıqlamasında müvafiq qurumların efirlərimizdəki bu cür ucuz və əttökən şoulara göz yumduğunu deyib.

“Mən deyəndə pis adam oluram, amma yenə də deyəcəm. Əgər televiziya və radioya nəzarət edən qurum və onun səlahiyyəti varsa, onlar bir tədbir görə bilmirlərsə, başqaları neyləyə bilər. Əslində bunu özləri təşkil edib, baş verənlərə də göz yumurlar. Bizim özəl telekanallarımızda “qoyunu qurda tapşırıblar”. Efirlərimizdəki bu cür ucuz şoulara görə həmin adamları məsuliyətə cəlb etmək lazımdır. Bu haqda nə qədər danışmaq olar, bizimki ATƏT-in Minsk qrupunun fəaliyyətinə dönüb, nə qədər danışırıq heç bir xeyri yoxdur.

Artıq hamı bilir ki, şou proqramlar insanların həyatına, əxlaqına hansı ziyanları vurur. Qəzetləri açıb görürsən ki, çılpaq soyunublar, bu ondan-o, bundan boşanır. Baş verənlər nə dünənin, nə də bu günün məsələsi deyil. Adını da demokratiya qoyublar, amma bir məsəl var, deyirlər “ölünü özbaşına qoysan, kəfəni cırar”. Bunlar elə ifrat dərəcədədir ki, efirdə sekslə məşğul olmurlarsa, hələ böyük şeydir. O gün biri deyir ki, Allah mənə hər şey verib və ürəyim istəyir çılpaq da gəzirəm, kimə nə aidiyyatı var? Yaxın gələcəkdə yəqin ki, bu da olacaq və hamımız görəcəyik. Əgər bir şəxs əxlaqsızdırsa, mənəviyyatsızdırsa, üstəlik, efirlərə dolurlarsa, televiziya bununla bağlı məsuliyyət daşımalıdır. Məncə, bütün bunların hamısı təşkil olunmuş murdarçılıqlardı”.

Bənzər yazılar

Back to top button