GündəmManşetSiyasət

İlham Əliyev: Fransa Azərbaycana qarşı təxribatın müəllifidir

Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxışında bildirib.

“Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”, deyə Əliyev qeyd edib.

“Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, – səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir”.

Əliyev bunu beynəlxalq nüfuzun və dost ölkələrin sayının artmasının daha bir göstəricisi adlandırıb.

Onun sözlərinə görə, hətta Azərbaycanın iştirakçısı olmadığı təşkilatlarda, xüsusən KTMT-də belə onun dostlarının sayı Ermənistandan daha çoxdur.

Əliyev qeyd edib ki, Ermənistanın KTMT xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq cəhdləri uğursuz olub, çünki təşkilatın digər üzvləri Yerevanın bu təxribatına getməyiblər.

“Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur”, deyə Əliyev qeyd edib.

Bənzər yazılar

Back to top button