Siyasət

Yüksək vəzifəli İsrailli diplomat Hikmət Hacıyevə zəng edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında bildirib.

“Bu gün baş tutan telefon danışığı zamanı İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, deyə səfir Corc Dik qeyd edib.

Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.(Turan)

Bənzər yazılar

Back to top button