GündəmManşetSiyasət

Casusluq ittihamı: Rusiyalı milyarder Fərhad Əhmədov DTX tərəfindən saxlanılıb?

Milyarder iş adamı Fərhad Əhmədov hazırda Göyçaydakı bağ evindədir….

Bu barədə Demokrat.az-a Fərhad Əhmədovun yaxını məlumat verib.

Məlumata görə, iş adamı ölkəni tərk etməmək barədə yazılı öhdəliyi ilə əlaqədar evindən kənara çıxa bilməz.

Mənbə həmçinin bildirib ki, Fərhad Əhmədovun evində axtarış zamanı milyarderin şəxsi istifadəsində olan mobil telefonları və kompüteri də hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

***

Tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb…

Milyarder iş adamı Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.

Hazırda iş adamının barəsində istintaq davam edir.

***

Bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün “Forbes”də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Bənzər yazılar

Back to top button