İdman

“Yaxşı formada deyilik” – Van Qal

“Depayı meydana buraxdıqdan sonra qol vuracağımızı gözləyirdim. Və belə də oldu. Memfis oyunun gedişatını dəyişdirə bilən futbolçudur”.

Qol.az xəbər verir ki, bu sözləri Niderland millisinin baş məşqçisi Lui Van Qal DÇ-2022-nin ilk turunda Seneqalla görüşdən sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: “İlk qolumuzu vuran Kodi Qakpo da qələbədə mühüm rol oynadı. Amma çox yaxşı oynamadıq. Son məşqdə bunu qabaqcadan görmüşdüm. Çox yaxşı formada deyilik, doğrudur. Niderland millisi daha yaxşı oynaya bilər. Hiss etdim ki, komandada gərginlik var. Noppertə gəlincə, o, hələ də bizim əsas qapıçımızdır”.

Bənzər yazılar

Back to top button