GündəmManşetSiyasət

Vasif Talıbov pullarını sürətlə ölkədən çıxarır – Türkiyədə 4 milyon dollarlıq şirkət qurub…

Son günlər siyasi gündəmin əsas simalarından olan Naxçıvan Muxtar Resoublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı daha bir şok doğuracaq məlumat yayılıb.

AzToday.az xəbər verir ki, Naxçıvanda baş verən özbaşınalıqlarla bağlı mediada çeşidli məlumatlar yayılandan sonra Vasif Talıbovun pullarını ölkədən sürətlə çıxarmağa başlayıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, Naxçıvan “xanı” bu günlərdə Türkiyədə yeni bir şirkət açıb.

“Amma o da məlumdur ki, bu aralar “xan”ın başı Türkiyədə yeni qurduğu şirkətə qarışıb, 3 gün əvvəl İstanbulun Şişli ilçəsində açdığı yeni şirkətə 74.5 milyon lirə (6.8 milyon manat) sərmayə qoyub.

Elə bil “xan” nədənsə duyuq düşüb pullarını İngiltərəyə və Türkiyəyə yönəldib, iri həcmdə daşınmaz əmlak alır”.

Bənzər yazılar

Back to top button