İdman

Konte Messinin “İnter”ə transferindən danışdı

“İnter”in baş məşqçisi Antonio Konte növbəti dəfə “Barselona”nın hücumçusu Lionel Messinin transferindən danışıb.

Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Kontedən 50 milyon avro dəyəri olan dörd futbolçu və Messi arasında seçim etməsi istənilib. İtaliyalı mütəxəssis cavabında qeyd edib:

“Məncə, qeyd etdiyiniz ssenarilərin hər ikisi hazırkı vəziyyətdə mümkünsüz görünür. Mən oyunçularıma güvənirəm. Onlar meydanda əllərindən gələn hər şeyi edirlər. Buna zəmanət verə bilərəm. Messiyə gəlincə, Duomo kafedralını yerindən tərpətmək onu transfer etməkdən daha asandı”.

Qeyd edək ki, daha öncə İtaliya mətbuatında Leonun 2021-ci ildə “İnter”ə keçəcəyinə dair xəbərlər yayılmışdı.

Bənzər yazılar

Back to top button