Hadisə

Lerikdə avtomobil yol kənarındakı dirəyə çırpıldı – Ölən və yaralananlar var

Lerik şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarəetdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

Back to top button