GündəmSağlamlıq

Azərbaycanda bir gündə 500-ə yaxın insan koronavirusa yoluxub

Azərbaycanda son bir gün ərzində koronavirus infeksiyasına 468 yeni yoluxma hadisəsi qeydə alınıb, 123 nəfər sağalıb, iki nəfər vəfat edib, bu barədə iyulun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Pandemiyanın başlanğıcından etibarən xəstəliyə yoluxanların ümumi sayı 341 183 nəfər təşkil edib, 5011 nəfər vəfat edib, 332 259 nəfər sağalıb, 3 913 aktiv xəstənin müalicəsi davam etdirilir.

Son bir gün ərzində koronavirusun müəyyən edilməsi üzrə 11859 test aparılıb.

Eyni zamanda, gün ərzində 68 020 nəfərə COVİD-19 əleyhinə vaksin vurulub.

32 219 nəfər birinci mərhələdə, 35 801 nəfər isə ikinci mərhələdə vaksinasiya olunub.

Vaksinasiya olunanların ümumi sayı 4 632 349 nəfər təşkil edib, onların 2 686 492 nəfəri birinci mərhələdə, 1 945 857 nəfəri isə ikinci mərhələdə vaksinasiya olunub.

Bənzər yazılar

Back to top button