Mədəniyyət

Kukla Teatrında yoxlamalar aparılır

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb.

Bu barədə APA-ya Teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 18-də mədəniyyət nazirinin imzaladığı müvafiq əmrə uyğun olaraq, noyabrın 21-dən yoxlamalar başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.

“Yoxlamanın məqsədi barədə məlumatımız yoxdur”, – məlumatda deyilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilsə də, nazirlikdən cavab verilməyib.

Bənzər yazılar

Back to top button