Siyasət

Rusiya XİN-dən Qarabağ barədə açıqlama

“Təəssüflər olsun ki, bu tip informasiya mütəmadi olaraq yayılır. Hər iki tərəf belə məlumatlar səsləndirir. Biz həm KİV vasitəsilə bu materiallarla tanış olmaq imkanına malikik, həmçinin tərəflər bizə məlumatları təqdim edir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən araşdırılan video ilə bağlı suala cavabında bildirib. O qeyd edib ki, bütün baş verən bu tip hallar təxirəsalınmaz, dəqiq və hərtərəfli təhlil olunmalıdır. Həmçinin burada hərbi cinayətlərin baş verib-verməməsi də dəqiqliklə yoxlanmalıdır.

Bənzər yazılar

Back to top button