Hadisə

Dövlət büdcə oğrularının izinə düşüb – Rafiq Məhərrəmov milyonlarını gizlədə biləcəkmi?

Hökumət Azərbaycanda vaxtilə yüksək vəzifələrdə çalışan məmurların dövlət büdcələrindən müxtəlif vasitələrlə oğurladıqları yüz milyonlarla vəsaitlərin geriyə-büdcəyə qaytarılması prosesinə start verib

Maraqlıdır ki, dövlət büdcəsinin mənimsənilməsində sabiq məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edək müxtəlif variantlardan yararlanıblar. Bu variantlardan biri də ölkənin müxtəlif şəhər və rayonlarında, əsasən də paytaxt Bakı və Sumqayıt şəhərlərinin abadlaşdırılması, müasirləşdirilməsi, yeni məktəblərin, bağçaların tikintisi zamanı baş verib.

Bu barədə, yəni dövlət büdcəsinin müxtəlif məmurlar tərəfindən talan edilməsi haqqında Prezident İlham Əliyev cənabları çıxışlarında dəfələrlə vurğulayıb. Cənab Prezident dövlət büdcəsini talan edən məmurları nəzərdə tutaraq bu cür halların araşdırıldığını və bu işə qol qoyan hər bir kəsin sərt cəzalandırılacağını bildirib.

Qeyd edək ki, büdcə vəsaitlərinin talan edilməsi əsasən dövlət satınalmaları ilə həyata keçirilib.

Burada görüləcək işlərin qiymətlərinin-smetalarının dəfələrlə şişirdilməsi, bir çox işlərin sadəcə rəsmi sənədlər üzərində aparılması, tenderlərdə udulan yüz milyonlarla vəsaitlərin “otkad” formasında geriyə-sifarişçi qurumlara qaytarılıb.

Dövlət büdcəsini talan edərək mənimsəyən məmurlar səlahiyyətləri ilə yanaşı, bu prosesdə özəl təşkilatlardan da istifadə ediblər.

AzFakt.com saytının araşdırması zamanı məlum olur ki, dövlət büdcəsinin ən böyük həcmdə talan olunması Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə baş verib.

Belə ki, Hacıbala Abutalıbovun, Rəfael Mehrəliyev və Baş nazirin sabiq müavini Abid Şərifovun dövründə büdcədən abadlıq və quruculuq, yeni məktəblərin tikintisi, parkların təmiri adı altında 1 milyard manata yaxın vəsait mənimsənilib.

Araşdırmamız zamanı məlum oldu ki, dövlət büdcəsini qarət edən yuxarıda qeyd etdiyimiz “trio”ya dəstək verən özəl təşkilatlardan biri də “Rəşad Abadlıq” şirkəti olub.

“Rəşad Abadlıq” şirkətinin Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu çoxsaylı dövlət satınalmalarında qalib elan edilməsi əslində “pul yuma” məqsədi daşıyıb.

Belə ki, bu şirkətdən istifadə edən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbov, Bakı şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisi Rəfael Mehrəliyev on milyonlarla manata yaxın vəsaiti büdcədən yayındıraraq mənimsəyiblər.

Rəşad Abadlıq” şirkətinin Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu çoxsaylı dövlət satınalmalarında qalib elan edilməsi əslində “pul yuma” məqsədi daşıyıb.

Belə ki, bu şirkətdən istifadə edən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbov, Bakı şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisi Rəfael Mehrəliyev on milyonlarla manata yaxın vəsaiti büdcədən yayındıraraq mənimsəyiblər.

“Rəşad Abadlıq” şirkətinin 2000-2018-ci illər ərzində satınalma vasitəsilə gördüyü işlərin qiymətlərinin dəfələrlə şişirdildiyi məlumatlar arasında yer alır. Belə ki, təkcə Hüseyn Cavid parkının 2008-ci ildə təmiri zamanı burada istifadə edilən materialların əksəriyyətinin rəsmi sənədlərdə göstərildiyi yox, daha ucuz və keyfiyyətsiz olduğu aşkarlanıb. Ümumilikdə isə bu parkın təmiri zamanı büdcədən ayrılan vəsaitin 40 faizinin xərcləndiyi deyilir.

Əlbəttə ki, büdcə talama prosesində istifadə olunan “Rəşad Abadlıq” şirkəti də öz yağlı payını həmişə alıb.

Araşdırmamız zamanı məlum olur ki, “Rəşad Abadlıq” şirkətinin müdiri Rafiq Məhərrəmov sahib olduğu var-dövlətə görə heç də sabiq icra başçısı Hacıbala Abutalıbovdan, baş nazirin sabiq müavini Abid Şərifovdan heç də geri qalmır.

Rafiq Məhərrəmovun bu illər ərzində dövlət tenderlərindən əldə etdiyi var dövlətin ümumilkdə həcmi yüz milyon manatdan artıqdır.

Novxanı-Sumqayıt şossesində ona məxsus olan müasir dizaynlı “Regnum Baku Otel”-in qiymətinin isə hazırda 20 milyon manata yaxındır. Rafiq Məhərrəmov “Regnum Baku Otel”-i hazırda aylıq 30 min manata kirayə verib.

Əlbəttə ki, “Regnum Baku Otel” Rafiq Məhərrəmovun sahib olduğu yeganə obyekt deyil.

Bənzər yazılar

Back to top button