Dünya

Jirinovskidən rusların özünümüdafiəsi ilə bağlı sərt çağırış

LDPR lideri Vladimir Jirinovski “rusların özlərini, evlərini və ailələrini əlverişli vasitələrlə qorumaq imkanına sahib olmaları” üçün icazə verilən hədlər daxilində özünümüdafiənin hüdudlarını genişləndirməyi təklif edib.

Qaynarinfo xəbər verir ki, siyasətçi bununla bağlı yaxın vaxtlarda Rusiya Cinayət Məcəlləsinin 37-ci maddəsinə “Lazımi müdafiə” maddəsində dəyişiklik edən müvafiq qanun layihəsini Dövlət Dumasına təqdim etmək niyyətindədir.

Vladimir Jirinovskinin əlavə etməyi təklif etdiyi bənd belədir:

“Bir insanın özünü və ailəsini zorakılıqdan və ya zorakılıq təhlükəsindən yaxud əmlakını qorumaq məqsədi ilə etdiyi hərəkətlər lazımi özünümüdafiə həddini aşmır”.

O, bu barədə “İzvestiya” qəzetinə açıqlama verərək izah edib ki, vətəndaşlar mövcud qanunvericilikdə olan lazımi müdafiənin həddini aşma səbəbindən çox vaxt öz həyatlarını və ya yaxınlarının həyatını quldur, qarətçi və təcavüzkarlardan qoruduqları vaxt özləri həbsxanaya düşürlər.

“Müdafiə zamanı dəyən zərər təhdiddən daha çox olduğu halda zərərçəkmiş özü təqsirləndirilən şəxsə çevrilir. Üstəlik, bu təhlükənin qiymətləndirilməsi sistemi çox qarışıqdır”, – Jirinovski deyib.

LDPR liderinin sözlərinə görə, praktikada tam hüquqlu bir cavab yalnız silahlı cinayətkara verilə bilər, ancaq “evə yad şəxslər girəndə silahlı olub-olmadığını, ciddi olduqlarını və ya sadəcə qorxu gəldiklərini müəyyən etmək mümkün deyil”. Jirinovski deyib ki, belə bir vəziyyətdə, bir adam “vurulmayana və ya bıçaqlanmayana qədər” gözləyə bilməz.

Amerika qanunlarından nümunə gətirən siyasətçinin fikrincə, onlarda “Evim mənim qalamdır” norması tətbiq olunur və evin sahibinin iradəsinə qarşı gələn hər kəs öldürülə biləcəyini başa düşməli və bilməlidir ki, buna görə mülk sahibi heç bir cəza almayacaq.

Jirinovski bunu da qeyd edib ki, onun fikirlərinə qarşı çıxanlar bunun məişət zəminli qətllərin artmasına səbəb olacağını söyləyəcəklər. LDPR lideri bunun üçün də əvvəlcədən öz etirazını hazırlayıb: onun sözlərinə görə, ABŞ-da uzunmüddətli statistika göstərir ki, 98% hallarda sərt özünümüdafiə tədbirləri tamamilə haqlı hesab edilib.

Bənzər yazılar

Back to top button