Cəmiyyət

Sinoptiklər noyabrın 23-də Bakıda güclü külək əsəcəyi barədə xəbərdarlıq ediblər

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti noyabrın 23-də ölkə ərazisində gözlənilən güclü küləklə bağlı xəbərdarlıq edib.

Belə ki, noyabrın 23-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrədək güclənəcəyi, arada 20-25 metrə çatacağı gözlənilir.

Ölkə rayonlarında da qərb küləyinin sürəti saniyədə 18-23 metrə çatacaq.

Bənzər yazılar

Back to top button