Hadisə

Meşədə işdən çıxarılan işçisi ilə Ekologiya Nazirliyinin əməkdaşları arasında dava oldu (VİDEO)

Lerik meşələrində qanunsuz qırıntı edən rayon sakini ilə ekologiya işçiləri arasında dava olub.

Aztoday.az-a daxil olan məlumata görə, rayonun Qələbın kənd sakini Əfqan Kazımov 17 saylı meşə dolayısında qanunsuz odun doğrayıb. Meşə işçiləri odunu idarəyə maşınlarıyla aparmaq istəyiblər. Amma Əfqan Kazımov və yaxınları buna mane olub. Hadisə yerinə polislər cağrılıb.

Bu zaman tərəflər arasında münaqişə yaşanıb.

Hadisə 11 sentyabr tarixində olub.

Məlumata görə, Əfqan Kazımov əvvəllər meşəbəyi koməkcisi işləyib və təxminən bir il əvvəl işdən çıxarılıb.

Münaqişənin görüntülərini təqdim edirik:

Bənzər yazılar

Back to top button