Siyasət

Rusiya və Azərbaycanın baş nazirləri birgə layihələri müzakirə ediblər

Çərşənbə axşamı Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədovun telefon danışığı olub.

Rusiya hökumətinin mətbuat xidməti bildirib ki, Mişustin və Əsədov Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair aktual məsələləri müzakirə ediblər.

Nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib, məlumatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button