İdman

“Tələyə düşdük, hər kəs üçün ağır zərbədir” – Messi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin ilk turunda Səudiyyə Ərəbistanına uduzmaları (1:2) barədə danışıb.

Qol.az “Ole”yə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu mundiala belə başlamaqlarını gözləmədiklərini bildirib:

“Bu, hər kəs üçün çox ağır zərbədir – həm azarkeşlər, həm də bizim üçün. Turnirin belə başlayacağını gözləmirdik. Qələbə qazana biləcəyimizə əmin idik və yarışa bizə rahatlıq verəcək üç xalla başlamaq istəyirdik. Amma bu hadisələr təkbaşına baş vermir. Rəqibin necə oynadığını yaxşı bilirdik, amma tələsdiyimiz üçün oyunda özümüzü rahat hiss etmirdik. Bəli, çox tez qol vurduq. Sonra vurduğumuz qolumuz isə ləğv edildi. Şanslarımız çox oldu. Və o anda qərara gəldik ki, daha çox oxşar vəziyyətlər olacaq. Bu məsələdə ciddi yanıldıq.

Onların yüksək müdafiə xətti ilə oynadıqlarını gördük, ona görə də topla daha sürətli işləməyə çalışdıq. Amma biz bunu kifayət qədər effektiv şəkildə hərəkət etdirmədik və dəfələrlə ofsayd vəziyyətinə düşdük. Bu da Səudiyyə Ərəbistanının bacarığıdır – burada bunu çox yaxşı başa düşdülər. Sonra da bizə 2 qol vurdular. Bundan sonra ümidsiz oynamağa başladıq ki, bu da daha çox səhvlərə yol açdı.

Səudiyyə Ərəbistanının topla yaxşı oynadığını bilirdik. Onlar topa sahib olmağı xoşlayırlar. Buna görə irəli gedirdilər. Eyni zamanda, rəqib sıx oynayr. Buna görə də bir neçə dəfə ofsaydl vəziyyəti yarandı. Biz tələyə düşdük, amma bizi təəccübləndirən bu deyildi. Birliyimizi sübut etməyin vaxtıdır. İndi buna həmişəkindən daha çox ehtiyacımız var. Gərək oyunun əsaslarına qayıdaq və Meksikanı məğlub etməyə çalışaq”.

Bənzər yazılar

Back to top button