Dünya

Ərdoğanın sərəncama göndərdiyi admiral istefa verdi

FETÖ ilə mübarizə aparan, yazdığı kitab səbəbi ilə Yunanıstan mətbuatında ölümlə təhdid edilən Cihad Yaycı barəsində qərarı haqsız hesab edib

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, FETÖ-çuları Türkiyə Hərbi Dəniz Qüvvələrindən təmizləyən komandan kimi tanınan Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargah rəisi CihadYaycının Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən vəzifədən azad edilməsi cəmiyyətdə etirazla qarşılanıb.

Kripto- fətullahçıları aşkar etmək üçün FETÖMETR proqramını yaradan, Yunanıstanın 23 adanın 16-da qanunsuz olduğu ağır silahlı birləşmələr saxladığını aşkarlayan Cihad Yaycının R.T.Ərdoğan tərəfindən sərəncama göndərilməsi 15 iyun hadisələrinin veteranları tərəfindən də məyusluqla qarşılanıb.

C.Yaycının özü isə bu qərardan bəhs edərkən yaxın ətrafına “şərəfim, qürurum incidildi” dediyi məlum olub. Belə ki, “FETÖMETR”nin tətbiqi ilə Hərbi Dəniz Qüvvələri Komandanlığında FETÖ ilə əlaqəli hərbçiləri təyin etməkdə mühüm iş görən və yazdığı kitab səbəbi ilə Yunanıstan mətbuatında ölümlə təhdid edilən admiral Cihat Yaycının sərəncama göndərilməsi ona çox pis təsir edib və istefaya göndəriməsi barədə raort yazıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button