GündəmManşetSiyasət

Naxçıvanın Dövlət Gömrük Komitəsinin rəhbərliyi komitənin inzibati binasına buraxılmayıb

Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, bu gün səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır.

Bənzər yazılar

Back to top button