Cəmiyyət

Türkiyəyə ərə gedib boşanan azərbaycanlı qadınların sayı – Son 7 ilin statistikası

Türkiyə vətəndaşı ilə evlənib, sonradan boşanan azərbaycanlı qadınların sayı artıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran 399 azərbaycanlı qadın boşanıb. Əvvəlki illə müqayisədə boşananların sayı 22% artıb.

Məlumat üçün qeyd edək ki, Türkiyə vətəndaşları ilə ailə quran və sonradan boşanan əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı yer alıb. 2021-ci il ərzində Suriya vətəndaşı olan 412 qadın Türkiyə vətəndaşından boşanıb. Növbəti yerlərdə 399 nəfərlə Azərbaycan, 229 nəfərlə Özbəkistan, 180 nəfərlə Mərakeş, 171 nəfərlə Rusiya, 150 nəfərlə Ukrayna, 123 nəfərlə Türkmənistan vətəndaşları gəlir.
Son 7 ildə Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların illər üzrə sayını təqdim edirik:

İllər Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı (nəfər)
2021 399
2020 327
2019 446
2018 343
2017 304
2016 238
2015 214
CƏMİ 2 271

Bənzər yazılar

Back to top button