Dünya

İranda etirazlar səngimir

İranda etirazların coğrafiyası genişlənməyə davam edir. İlk dəfə olaraq Bəlucistanda (Əfqanıstanla həmsərhəddir) hökumət əleyhinə çıxışlar haqqında məlumatlar daxil olur.

İranın şimalında, Tehranda, Xorasanda və digər şəhərlərdə də hakim rejimə qarşı etirazlar davam edir. Küçələrdə din xadimlərinə hücumlar gündəlik normaya çevrilir.

Silahlı toqquşmalar ən çox kürdlərin məskunlaşdığı regionlarda müşahidə olunur.

Hakimiyyət bütün ölkə ərazisində internetə çıxışı məhdudlaşdırır, buna görə son günlər İrandan daxil olan videomateriallar azalıb.

Bənzər yazılar

Back to top button