İqtisadiyyat

“Veysəloğlu” “V-trade” MMC-nin maxinasiyalarını necə ört-basdır edib? – TƏFƏRRÜAT

2017-ci ildə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “V-trade” MMC öz maxinasiyalarını ört-basdır etmək üçün qəsdən iflas göstərib, dövlət büdcəsinə olan borcunu müştəri bazasında olan alıcılarının üstünə yıxaraq, özünü təmizə çıxarıb.

Bu barədə Valyuta.az-a şirkətə yaxın mənbədən məlumat daxil olub.

Bununla da Veysəloğlu Şirkətlər Qrupu bu MMC-ni ləğv edib. “V-trade”yə görə zərər görən şirkətlər isə indiyədək Dövlət Vergi Xidməti ilə çəkişmədədir.

“V-trade” şirkəti ləğv olunmazdan əvvəl şəkər tozunun inhisarçılığı ilə məşğul olub. “V-trade” ləğv olunsa da, Veysəloğlu Şirkətlər Qrupu şəkər tozunun ölkəyə idxalını monopoliyada saxlayır və süni qiymət artımını idarə edir. Buna misal olaraq, Braziliyadan Türkiyənin Mersin Limanına gələn şəkər tozunun fərdi iş adamları tərəfindən Azərbaycana gətirilməsinə qoyulmuş qadağanı göstərmək olar.

Bənzər yazılar

Back to top button