Siyasət

Xədicə İsmayıl Əli Əliyev haqqında: Nə isə, pis adammış Əli Əliyev…

Tanınmış jurnalist Xədicə İsmayıl VİP sədri Əli Əliyevi sonuncu məhkəmə çıxışına görə tənqid edib.

O, partiya sədrinin həbsxana yoldaşları haqqında dediklərinin düz olmadığını deyib:

VİP sədri Əli Əliyev 3 il 6 ay həbs cəzası alıb. Onun kamera yoldaşına xəsarət yetirməsi inandırıcı deyil. Amma ittihamı kənara qoyaq, partiya sədrinin məhkəmədəki çıxışları o qədər idbar idi ki…

Digər dustaqların onun çörəyini yediyini dəfələrlə xatırlatdı.

”Üzdəniraqlar”, “şustryaklar” qara işləri görürdü” kimi ifadələr işlətdi.

Məlum oldu ki, adam həbsxananın korrupsiya sistemindən yararlanırmış.

Nə isə, pis adammış Əli Əliyev. Amma yenə də ona qarşı cinayət işi saxtadır. Üstəlik, bu məhkəmə prosesindən sonra onun istənilən həbsxanada durumu asan olmaya bilər.

İstənilən çətin şəraitdə, hətta həbsxanada da insanlığı itirməmək olar.

Bənzər yazılar

Back to top button